• Bakı 30° C

    5.59 m/s

  • USD - 1.7

    EUR - 1.9633

    RUB - 2.1023

"Borcu bağlayırıq, yenə faiz gəlir" - "Leobank"dan ŞİKAYƏT VAR

İQTİSADİYYAT

07 Avqust 2026 | 13:24

Borcu bağlayırıq, yenə faiz gəlir - Leobankdan ŞİKAYƏT VAR

"Leobank"ın kredit xidməti ilə bağlı daha bir vətəndaş narazılığı səsləndirilib.

Bakıvaxtı.az xəbər verir ki, vətəndaş müraciətdə oğlunun "Leobank"dan götürdüyü kreditin tam bağlanmasına baxmayaraq sistemdə yenidən borc və faizlərin hesablandığını iddia edib.

Onun sözlərinə görə, kredit üzrə əsas məbləğ, eləcə də hesablanmış faiz və gecikmə faizləri tam ödənilib. Buna baxmayaraq, bir müddət sonra tətbiqdə yenidən borc görünüb və həmin məbləğə əlavə faiz hesablanmağa başlanılıb.

Şikayətçi bildirib ki, məsələni aydınlaşdırmaq üçün dəfələrlə müştəri xidmətləri ilə əlaqə saxlamağa çalışsalar da, operatorlar onları yalnız WhatsApp üzərindən yazışmaya yönləndirirlər. Onun iddiasına görə, bu kanalda da problem həllini tapmır və konkret izahat verilmir.

Vətəndaş hesab edir ki, belə hallar xüsusilə gənc kredit istifadəçilərini çətin vəziyyətə salır və borcun tam bağlanmasına baxmayaraq yeni öhdəliklərin yaranması ciddi narazılıq doğurur.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Avqust 2026