ABŞ-nin Gürcüstandakı Səfirliyi 2008-ci il Rusiya-Gürcüstan müharibəsinin 18-ci ildönümü ilə bağlı bəyanat yayıb.
Bakıvaxtı.az xarici mediaya istinadən xəbər verir ki, bəyanatda Vaşinqtonun Rusiya işğalından dərin narahatlığı ifadə olunub:
"Rusiya işğalı şəraitində baş verən qətlləri, adam oğurluqlarını və digər zorakılıq hallarlarını pisləyirik. Gürcü xalqı ilə həmrəyliyimizi bildirir, ölkənin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sadiqliyimizi bir daha təsdiqləyirik".
Səfirlik münaqişənin dinc yolla həllinin vacibliyini xüsusi vurğulayıb.
Zeynəb Rzayeva
Bakı 



