Azərbaycan jurnalistlərinin sonuncu - VIII qurultayı 2022-ci il sentyabrın 24-də Bakıda keçirilib. Qurultayda Mətbuat Şurasına üzv 163 təşkilatdan 213 nümayəndə iştirak edib və Mətbuat Şurasının 5 nəfərdən ibarət nəzarət-təftiş komissiyası, 14 jurnalistdən və 9 ictimaiyyət nümayəndəsindən ibarət olmaqla, 23 nəfərlik İdarə Heyəti formalaşıb.
Qeyd edək ki, jurnalistlərin qurultayı 4 ildən bir keçirilir. O baxımdan, Azərbaycan Jurnalistlərinin IX qurultayının nə zaman keçiriləcəyi maraqla gözlənilir.
Mətbuat Şurasının sədri, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid Bakıvaxtı.az-a açıqlamasında deyib ki, avqustun ikinci yarısında, ehtimal ki, ayın 20-dən sonra MŞ İdarə Heyətinin iclası keçiriləcək.
Onun sözlərinə görə, İdarə Heyətinin iclasında növbəti qurultayın vaxtı, digər prosedur məsələlər elan olunacaq.
“Mətbuat Şurasının Nizamnaməsinə əsasən jurnalistlərin qurultayı 4 ildən bir keçirilir. Sonuncu qurultay 2022-ci ilin sentyabrın ayının üçüncü ongünlüyündə keçirilib. Çox güman ki, İdarə Heyətinin qərarı ilə həmin vaxtda növbəti qurultay təyin olunacaq”, - deyə Rəşad Məcid vurğulayıb.
Aydın Baxış
Bakı 



