• Bakı 29° C

    4.01 m/s

  • USD - 1.7

    EUR - 1.9696

    RUB - 2.022

Şou verilişlərinə SON: ARB TV xəbər kanalına çevrilir

MEDİA

18 Avqust 2026 | 12:52

Şou verilişlərinə SON: ARB TV xəbər kanalına çevrilir

ARB TV yeni mövsümdən etibarən yayın konsepsiyasında köklü dəyişiklik etməyə hazırlanır.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə, telekanal yeni mövsümdən tam olaraq xəbər kanalı formatında fəaliyyət göstərəcək.

Bu barədə saytımızı məlumatlandıran mənbənin iddiasına görə, dəyişikliyə əsasən, yayım torundan şou və əyləncəli proqramlar çıxarılaraq, əsas diqqət operativ xəbərlərə, analitik verilişlərə və operativ məlumat axınına yönəldiləcək.

Yeniliklər çərçivəsində regional xəbər şəbəkəsinin də fəaliyyəti genişləndiriləcək. Belə ki, ölkənin müxtəlif bölgələrindən gün ərzində 3 dəfə mütəmadi canlı bağlantıların reallaşdırılması nəzərdə tutulur.

Məsələ ilə bağlı Bakıvaxtı.az ARB TV-yə sorğu göndərib. Deyilənlər TV-dən təkzib edilməyib. Bildirilib ki, yeniliklərlə bağlı ətraflı məlumat növbəti mövsümdə ictimaiyyətə təqdim olunacaq.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Avqust 2026