• Bakı 15° C

    1.52 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Ləman Ələşrəfqızı bu kanalda İŞƏ BAŞLAYIR

MEDİA

10 Sentyabr 2026 | 10:42 | Müəllif: Əli Hüseynov

Ləman Ələşrəfqızı bu kanalda İŞƏ BAŞLAYIR

Tanınmış jurnalist və aparıcı Ləman Ələşrəfqızı yeni televiziya layihəsi ilə tamaşaçıların qarşısına çıxmağa hazırlaşır.

Bakıvaxtı.az xəbər verir ki, Ləman Ələşrəfqızı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, "Space" TV-də yayımlanan “Qırmızı xətt” verilişinin aparıcılığı ona həvalə olunub.

“Bu yaxınlarda təzə bir layihə ilə qarşınızda olacam. "Space"də “Qırmızı xətt” verilişi dostların xahişi və etimadı ilə mənə həvalə edilib. Həftədə bir gün LAF TV-nin işini axsatmamaq şərtilə bu proqramda aparıcılıq edəcəm”, – deyə Ləman Ələşrəfqızı qeyd edib.

Əməkdar jurnalist yeni layihənin necə qarşılanacağını zamanın göstərəcəyini bildirib:

“Allah qoysa... Nə qədər maraqlı olacaq, bunu zaman göstərəcək. Hər halda, əlimdən gələni etməyə çalışacam. Allah utandırmasın”.

Qeyd edək ki, Ləman Ələşrəfqızı uzun illərdir media sahəsində fəaliyyət göstərir və müxtəlif televiziya layihələri ilə tamaşaçılara tanışdır.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

13 Noyabr 2026