• Bakı 19° C

    0.69 m/s

  • USD - 1.7

    EUR - 1.9264

    RUB - 2.0261

Tanınmış jurnalist ARB-dən çıxarılır

MEDİA

01 Oktyabr 2026 | 10:32 | Müəllif: Əli Hüseynov

Tanınmış jurnalist ARB-dən çıxarılır

“Kriminal” verilişinin aparıcısı Ceyhun Həmidov ARB TV-dən ayrılacağını açıqlayıb.

Bakıvaxtı.az xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, kanaldan öz istəyi ilə deyil, rəhbərliyin qərarı ilə ayrılmalı olacaq.

"Bu qərar sentyabrın əvvəlində, məzuniyyətdən qayıtdıqdan sonra bildirilib və səbəb kimi “vəzifə ixtisarı və kanalın strukturunun dəyişdirilməsi” göstərilib. Bu gün də suallarım qalır və onlara cavab gözləyirəm”, - deyə aparıcı qeyd edib.

C.Həmidov hazırda ARB-də fəaliyyətini davam etdirdiyini, çəkilişlərin getdiyini və yeni mövsüm üçün buraxılışların hazırlandığını bildirib.

O, kanalda 20 ilə yaxın fəaliyyət göstərdiyini xatırladaraq, ayrılma qərarının onun üçün ağır olduğunu vurğulayıb.

C.Həmidov həmçinin bundan sonra kanalın kimlər tərəfindən və hansı şəraitdə idarə edildiyi barədə danışacağını bildirib.

Qeyd edək ki, Ceyhun Həmidov uzun illərdir “Kriminal” verilişinin aparıcısı kimi fəaliyyət göstərir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR