• Bakı 30° C

    6.55 m/s

  • USD - 1.7

    EUR - 1.9633

    RUB - 2.1023

Türkiyədən bu məhsulların ixracı azaldı

İQTİSADİYYAT

07 Avqust 2026 | 10:58

Türkiyədən bu məhsulların ixracı azaldı

Bu ilin yanvar-iyul aylarında Azərbaycan Türkiyədən 24,846 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məmulatları idxal edib.

Bakıvaxtı.az Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,2 % azdır.

Təkcə iyulda isə Türkiyə Azərbaycana 3,41 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məmulatları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 16,3 % çoxdur.

7 ayda Türkiyənin sement, şüşə, keramika və torpaq məmulatları ixracının ümumi dəyəri illik müqayisədə 1,8 % artaraq 2 milyard 652,368 milyon ABŞ dollarına, iyulda isə 0,6 % azalaraq 424,802 milyon ABŞ dollarına çatıb.

Türkiyədən ən çox idxalı ABŞ (434,805 milyon ABŞ dolları, 1 il əvvələ nisbətən 3,9 % çox), İtaliya (185,064 milyon ABŞ dolları, 5,6 % çox) və Almaniya (142,76 milyon ABŞ dolları, 8,1 % az) həyata keçirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Avqust 2026