• Bakı 30° C

    5.59 m/s

  • USD - 1.7

    EUR - 1.9633

    RUB - 2.1023

"Torqovı"da bina YANIR: Sakinlər təxliyə edildi - FOTO - VİDEO - YENİLƏNİB

HADİSƏ

07 Avqust 2026 | 12:40

Torqovıda bina YANIR: Sakinlər təxliyə edildi - FOTO - VİDEO - YENİLƏNİB

Bakının Nigar Rəfibəyli küçəsində baş verən yanğının tarixi binada qeydə alındığı məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, hadisənin baş verdiyi bina Nigar Rəfibəyli küçəsi 26A-26G ünvanında yerləşir.

Bina 1893-1899-cu illərdə inşa edilmiş, dövlət tərəfindən mühafizə olunan yerli əhəmiyyətli memarlıq abidəsidir.

Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və texnikası cəlb olunub, yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Hadisənin başvermə səbəbi və xəsarət alanların olub-olmaması ilə bağlı hələlik rəsmi məlumat verilməyib.

İlkin ehtimala görə, yanğın binanın birinci mərtəbəsində yerləşən restorandan başlayıb.

***

12:05

Bakı şəhəri, Səbail rayonu, Yusif Məmmədəliyev küçəsində yerləşən obyektdə yanğın baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam edir.

Təhlükəsizlik tədbirləri çərçivəsində binadakı vətəndaşlar FHN qüvvələri tərəfindən təhlükəsiz əraziyə təxliyə edilib.

Obyektdə baş vermiş yanğınla bağlı polis əməkdaşları da əraziyə cəlb olunublar.

Əlavə məlumat veriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Avqust 2026