• Bakı 19° C

    19.82 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

65 yaşlı qadını qardaşı oğlu öldürdü - YENİLƏNİB - FOTOLAR

CƏMİYYƏT

07 Avqust 2026 | 15:42 | Müəllif: Əli Hüseynov

65 yaşlı qadını qardaşı oğlu öldürdü - YENİLƏNİB - FOTOLAR

Tovuzda qətlə yetirilən Məhəbbət İsayevanın və hadisədə şübhəli bilinərək saxlanılan, mərhumun qardaşı oğlu Ülvi İsayevin fotoları yayılıb.

Bakıvaxtı.az "Qafqazinfo"ya istinadən həmin görüntüləri təqdim edir:

***

13:45

Tovuz güllələnərək qətlə yetirilən şəxsin kimliyi məlum olub.

Bakıvaxtı.az-ın məlumatına görə, 1997-ci il təvəllüdlü Ü.İsayev şəxsi münaqişə zəminində bibisi, 1961-ci il təvəllüdlü M.İsayevanı güllələnərək qətlə yetirilib.

    Hazırda faktla bağlı araşdırma aparılır.

    ***

    13.25

    Tovuzda güllələnmə hadisəsi baş verib.

    Bakıvaxtı.az-ın məlumatına görə, hadisə rayonun Əlimərdanlı kəndində yerləşən fermada qeydə alınıb. Fermada bir nəfər güllələnərək qətlə yetirilib.

    İlkin məlumata görə, qətlə yetirilən şəxs qadındır, qohumu qətli törətməkdə şübhəli bilinir.

    Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

    Faktla bağlı araşdırma aparılır.


    65 yaşlı qadını qardaşı oğlu öldürdü - YENİLƏNİB - FOTOLAR65 yaşlı qadını qardaşı oğlu öldürdü - YENİLƏNİB - FOTOLAR
    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    06 Sentyabr 2026