• Bakı 23° C

    19.82 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Tramp: "Patriot" sistemləri ABŞ-yə də lazımdır

DÜNYA

07 Avqust 2026 | 16:40 | Müəllif: Gülşən Şərif

Tramp: "Patriot" sistemləri ABŞ-yə də lazımdır

ABŞ prezidenti Donald Tramp təkcə Ukraynanın deyil, həm də ABŞ-nin "Patriot" raketlərinə ehtiyacı olduğunu bildirib. 

Bakıvaxtı.az "Fox News"a istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlama verib.

Belə ki, jurnalistlər Trampdan Ukrayna Prezidenti Vladimir Zelenskinin Kiyevin təcili olaraq Patriot raket əleyhinə sistemlərinə və uzaqmənzilli raketlərə ehtiyacı olduğu barədə açıqlamalarına münasibət bildirməsini xahiş ediblər.

Tramp qeyd edib ki, vəzifəsindən ayrıldıqdan sonra silah anbarlarının əksəriyyəti istifadədən çıxıb və hazırda o anbarları doldurmağa çalışır:

"Bizim də raketlərə ehtiyacımız var".

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026