• Bakı 29° C

    4.24 m/s

  • USD - 1.7

    EUR - 1.9633

    RUB - 2.1023

Ukrayna müharibəsi onu MİLYARDER etdi 

SİYASƏT

07 Avqust 2026 | 17:04

Ukrayna müharibəsi onu MİLYARDER etdi 

Şimali Koreya rejimi heç vaxt bugünkü qədər böyük maliyyə resurslarına sahib olmayıb. 2021-ci ildə KXDR-in valyuta gəlirləri 1,4 milyard dollar təşkil edirdisə, ötən il bu rəqəm 8,38 milyard dollara çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu isə Ukraynadakı müharibədən əvvəlki dövrlə müqayisədə tam 6 dəfə çoxdur.

"Bloomberg Economics"in hesablamalarına görə, Kim Çen In 2022-ci ildən bəri 22 milyard dollar qazanıb. Bu göstərici Pxenyanın əvvəlki dörd ildəki gəlirlərini dörd dəfəyə yaxın üstələyir.

Pxenyan rejiminin bu dərəcədə zənginləşməsinin əsas mənbəyi Rusiyaya silah satışı və Moskvaya göstərilən hərbi dəstəkdir.

Son dörd ildə Kim Çen In Moskvadan ümumilikdə 14,02 milyard dollar əldə edib. Bu məbləğə Rusiyaya göndərilən 10-12 min nəfərlik hərbi kontingentə görə ödənilən 849 milyon dollar da daxildir.

Qeyd olunur ki, Kursk vilayətindəki döyüşlərdə bu əsgərlərdən 2,3 mindən çoxu həlak olub.

"Canlı qüvvə" və fəhlələrdən başqa, Şimali Koreya Rusiyaya 5-6 milyon ədəd artilleriya mərmisi (bu, NATO ölkələrinin onilliklər ərzində istehsal etdiyindən daha çoxdur) və 150-dən çox ballistik raket tədarük edib.

Ekspertlər bildirirlər ki, Rusiyaya silah tədarükünə başladıqdan sonra Şimali Koreya sanki "lotereyada böyük uduş qazanıb".

Çinin də yenidən başlayan dəstəyini nəzərə alsaq, Pxenyan hazırda son 35 ilin en güclü iqtisadi və siyasi mövqeyindədir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR