• Bakı 18° C

    9.36 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Vəkil İlqar Həmidov HƏBS EDİLDİ

CƏMİYYƏT

07 Avqust 2026 | 20:26 | Müəllif: Subhan Mahmudov

Vəkil İlqar Həmidov HƏBS EDİLDİ

11 saylı vəkil bürosunun vəkili İlqar Həmidov həbs edilib.

Bakıvaxtı.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, o, dələduzluqda ittiham olunur.

Vəkil vətəndaş şikayəti əsasında Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən tutulub.

Ona qarşı Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü (təkrar xeyli miqdarda dələduzluq) maddələri ilə ittiham irəli sürülüb, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, 11 saylı vəkil bürosunun rəhbəri Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü Azər Quliyevdir. Hələlik büro tərəfindən vəkilin həbsi ilə bağlı hər hansı münasibət bildirilməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR