• Bakı 28° C

    2.85 m/s

  • USD - 1.7

    EUR - 1.9633

    RUB - 2.1023

Gülyaz Məmmədova: "Həyat yoldaşın istəmirsə, oxuma, nə məcburdur"

ŞOU

07 Avqust 2026 | 19:34

Gülyaz Məmmədova: Həyat yoldaşın istəmirsə, oxuma, nə məcburdur

Xalq artisti Gülyaz Məmmədova televiziya kanallarında son illər baş verən dəyişikliklərdən danışıb.

Bakıvaxtı.az xəbər verir ki, müğənni bu barədə "Künc-bucaq" yutub layihəsində danışıb. O, efirdə artıq sənətə daha çox önəm verildiyini bildirib:

"İndi kanallarımız çox gözəlləşib. Hər şeyə - geyimə də, söhbətə də nəzarət olunur. Tələbələrimə efirə çıxmaq üçün şərait yaradılır. Əvvəllər də çıxırdılar, amma şou yaradılırdı. İndi isə sənətlərini göstərirlər. Elə verilişlər var ki, deyirlər ancaq oynaq mahnı olsun. Bu düzgün deyil. Klassikamız da olmalıdır. Demirəm hamı muğam oxusun, amma bunlar lazımdır".

Müğənni gənclərin məşhurları təqlid etməsini də tənqid edib:

"Gəlib deyirlər ki, filankəs bahalı studiyada mahnı yazdırıb, bahalı restoranda yemək yeyib, biz də edək. Deyirəm, sənə nə? Onun pulu var, özü bilər. Sən tələbəsən, pillə-pillə yüksəl".

G.Məmmədova müğənni olmağın çətin peşə olduğunu vurğulayaraq mərhum tarzən Habil Əliyevin sözlərini xatırladıb:

"Habil Əliyev deyirdi ki, boşanan müğənni olur. Doğru deyirdi, indi də elədir. Elə qızlar var ki, səsləri yaxşıdır, restoranlarda oxuyub pul qazanırlar. İndi isə proqram qururlar, süni intellektlə mahnı hazırlayıb oxuyurlar".

Sənətçi ailə həyatına da toxunaraq bunları əlavə edib:

"Yoldaşın istəmirsə, oxuma. Mənim də başıma belə hadisə gəlib. Ailəmi tutmuşam".


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR