• Bakı 23° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

"Mercedes" işıq dirəyinə çırpıldı: Xəsarət alanlar var

HADİSƏ

08 Avqust 2026 | 12:59 | Müəllif: Qalib İbrahimoğlu

"Mercedes" işıq dirəyinə çırpıldı: Xəsarət alanlar var

İmişli şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, insident gecə saatlarında şəhərin Seymur Əzizalıyev küçəsində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb.

Qəza nəticəsində xəsarət alan Səfər Əzizov, Rüqayə Əzizova və Şahbəyim Əzizova İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.(Azərtac)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026