• Bakı 23° C

    5.52 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

SEPAH: “Hörmüz boğazının açılması ABŞ-dən asılıdır“

DÜNYA

08 Avqust 2026 | 18:20 | Müəllif: Zeynəb Rzayeva

SEPAH: “Hörmüz boğazının açılması ABŞ-dən asılıdır“

İran rəsmiləri, ABŞ-nin Tehranın irəli sürdüyü şərtləri qəbul edəcəyi və regional məsələlərə müdaxilədən əl çəkəcəyi halda Hörmüz boğazında gəmiçiliyi bərpa edəcəklərini bəyan ediblər.

'Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Tasnim" İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) təmsilçisi Hüseyn Möhibinin açıqlamasına istinadən məlumat verib.

Möhibi qeyd edib ki, Hörmüz boğazının istifadəyə verilməsi Birləşmiş Ştatlardan asılıdır. 

"Hörmüz boğazının istifadəyə verilməsi Birləşmiş Ştatların İranın tələbləri ilə tam razılaşması və Amerika tərəfinin regional müzakirələrə müdaxiləni dayandırması ilə bağlıdır. ABŞ bizim şərtlərimizi qəbul etdiyi an boğaz mütləq açılacaq", - deyə açıqlamada qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026