• Bakı 20° C

    15.53 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Türkiyə bu gəmilərin Qara dənizə keçidini məhdudlaşdırır

DÜNYA

08 Avqust 2026 | 16:13 | Müəllif: Subhan Mahmudov

Türkiyə bu gəmilərin Qara dənizə keçidini məhdudlaşdırır

Türkiyə Rusiyanın və Ukraynanın bölgədə gəmilərə qarşı artan hücumları fonunda kommersiya gəmilərinin Qara dənizə keçidini məhdudlaşdırır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Blumberq" mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, Türkiyənin Sahil Təhlükəsizliyi Baş İdarəsi tərəfindən neft və taxıl ixracının əsas mərkəzlərindən biri olan Rusiyanın Novorossiysk şəhərinə doğru hərəkət edən bir neçə gəmiyə bildirilib ki, hazırda belə gəmilərin keçidinə icazələr ya verilmir, ya da Çanaqqala boğazından keçid müraciətlərinə baxılması əlavə vaxt tələb edir.

Bununla belə, məhdudiyyətlərin dəqiq qüvvədə olma müddəti və miqyası hələlik bəlli deyil.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026