• Bakı 21° C

    3.23 m/s

  • USD - 1.7

    EUR - 1.9784

    RUB - 1.9936

İrandan Cənubi Koreyaya ÇAĞIRIŞ

DÜNYA

07 Sentyabr 2026 | 14:36 | Müəllif: Gülşən Şərif

İrandan Cənubi Koreyaya ÇAĞIRIŞ

Heç bir suveren və məsuliyyətli ölkə ABŞ-nin təzyiq və təhdidlərinə boyun əyməməli və bununla da təcavüzkar hərəkətlərə və "böyük İran xalqına qarşı dəhşətli cinayətlərə" ortaq olmamalıdır.

Bakıvaxtı.az "Tasnim"ə istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi "X" hesabında yazıb.

"İran və Koreya Respublikası arasındakı münasibətlərin 64 ildən çox tarixi var və iki ölkə arasındakı əlaqələr həmişə qarşılıqlı hörmət əsasında inkişaf edib. İran Koreya Respublikası ilə dostluq münasibətlərinə böyük əhəmiyyət verir. Lakin İran xalqı hazırda ABŞ-nin təcavüzünə qarşı özünü müdafiə edir. İranın ABŞ-nin müharibə cinayətlərinə qətiyyətlə cavab verdiyi bir vəziyyətdə, Fars körfəzi və Hörmüz boğazında hərbi iştirakı olan ölkələr yalnız təcavüzkarları birbaşa dəstəkləmək kimi qəbul edilə bilər ki, bu da ciddi nəticələrə səbəb olacaq", - deyə paylaşımda qeyd olunub.

Gülşən Şərif


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Sentyabr 2026