• Bakı 19° C

    6.81 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

İrandan ABŞ-nin təhdidlərinə CAVAB

DÜNYA

07 Sentyabr 2026 | 14:11 | Müəllif: Günəş Mərd

İrandan ABŞ-nin təhdidlərinə CAVAB

İran ABŞ-nin bütün İran neft tankerlərinə zərbə endirməklə bağlı təhdidlərini kəskin tənqid edib.

Bakıvaxtı.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ-nin bu cür təhdidlərinin özünü dünyanın ən böyük supergücü hesab edən ölkənin nüfuzuna xələl gətirdiyini bildirib.

“Tarixin ən böyük supergücü olduğunu iddia edən bir ölkənin bu cür təhdidlərə əl atması və özlərinin etiraf etdikləri hücumlara görə ticarət gəmilərini hədəfə alması pis davranışdır”, – deyə Bəqayi bildirib.

Qeyd edək ki, ABŞ müdafiə naziri Pit Heqset daha əvvəl ABŞ hərbi gəmilərinə edilən hücumlara cavab olaraq İranın bütün neft tankerlərinin vurula biləcəyini açıqlayıb.

Murad İsmayıl 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Oktyabr 2026