Litvada texnologiya şirkətində işləyən 22 Belarus vətəndaşı milli təhlükəsizliyə təhdid hesab edilərək ölkədən çıxarılıb.
Bakıvaxtı.az "İnterfaks"a istinadən xəbər verir ki, bu barədə Litva Dövlət Təhlükəsizlik Departamenti məlumat yayıb.
Məlumata görə, Litvanın milli təhlükəsizliyinə təhdid hesab edilən texnologiya şirkətində işləyən 22 Belarus vətəndaşının Litvadakı fəaliyyəti ilə bağlı Miqrasiya Departamentinə hesabat göndərilib. Onların Litvada müvəqqəti yaşayış icazələri ləğv edilib.
Həmçinin 22 şəxsin hamısına beş il müddətinə Şengen zonasına giriş qadağan edilib.
Gülşən Şərif
















