• Bakı 29° C

    1.33 m/s

  • USD - 1.7

    EUR - 1.9591

    RUB - 2.0816

İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib

SİYASƏT

08 Avqust 2026 | 19:45

İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib

Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığa dair sənədin imzalanması tarixi hadisə kimi qiymətləndirilib, Azərbaycan-ABŞ əlaqələrinin keyfiyyətcə yeni yüksək səviyyəyə qalxdığı, strateji mahiyyət daşıdığı vurğulanıb və bunun da geniş bir bölgədə sülhə, sabitliyə töhfə verdiyi qeyd olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevlə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı zamanı səsləndirilib. 

Dövlətimizin başçısı G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib. Bu, ölkəmizə olan xoş münasibətin təzahürü kimi qiymətləndirilib.

Telefon danışığı zamanı Azərbaycan-ABŞ strateji tərəfdaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Avqust 2026