• Bakı 29° C

    1.82 m/s

  • USD - 1.7

    EUR - 1.9591

    RUB - 2.0816

Oman sahillərində yük gəmisinə hücum edilib

DÜNYA

08 Avqust 2026 | 21:02

Oman sahillərində yük gəmisinə hücum edilib

Oman sahillərində yük gəmisi atəşə tutulub və nəticədə gəmidə yanğın baş verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.

"UKMTO Xasabdan (Oman) 18 dəniz mili şərqdə insident barədə məlumat alıb. Yoxlanılmış mənbədən əldə edilən məlumata görə, gəmi naməlum mərmi ilə vurulub və nəticədə göyərtədə yanğın baş verib. Yanğın söndürülüb", - deyə koordinasiya mərkəzindən bildirilib. 

UKMTO gəminin və ekipajın təhlükəsizlikdə olduğunu açıqlayıb. Gəminin növü və adı barədə məlumat verilməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Avqust 2026