• Bakı 21° C

    3.77 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

“Qarabağ” onun üçün milyonluq təklifləri rədd etdi

İDMAN

08 Avqust 2026 | 15:30 | Müəllif: Subhan Mahmudov

“Qarabağ” onun üçün milyonluq təklifləri rədd etdi

Braziliyanın "Botafoqo" klubu "Qarabağ"ın yarımmüdafiəçisi Pedro Bikalyo ilə yenidən maraqlanıb.

Bakıvaxtı.az Qol.az-a istinadla xəbər verir ki, 25 yaşlı futbolçu üçün Azərbaycan klubuna 1,5 milyon dollar təklif olunub. Lakin "Qarabağ" bu məbləği qəbul etməyib.

Məlumata görə, Ağdam təmsilçisi əvvəlki transfer pəncərəsində Rusiyanın "Rubin" klubunun Bikalyo üçün göndərdiyi 2,5 milyon dollarlıq təklifi də geri çevirib.

"Botafoqo"nun Dominqos Andrade ilə müqavilə imzalamasından sonra Pedro Bikalyo ilə bağlı danışıqları davam etdirməyəcəyi bildirilir.

Qeyd edək ki, Bikalyo 2022-ci ildə "Palmeyras"ın gənclər komandasının kapitanı olub və San-Paulu Gənclər Kubokunu qazanıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026