Argentina millisinin futbolçusu Tyaqo Almada komandasını dəyişib.
Bakıvaxtı.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi İspaniya təmsilçisi “Atletiko”dan ölkəsinin “River Pleyt” klubuna keçib. Məlumatı Argentina klubunun rəsmi saytı yayıb.
Oyunçu ilə 3,5 illik müqavilə imzalanıb. “River Pleyt” bu keçid üçün qarşı tərəfə 20 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, Tyaqo Almada 2022-ci ildə Argentina millisinin heyətində dünya çempionu olub.
Bakı 



