• Bakı 30° C

    2.31 m/s

  • USD - 1.7

    EUR - 1.9591

    RUB - 2.0816

Rusiyada PUA təhlükəsi: şəhərin bütün çimərlikləri bağlandı

DÜNYA

08 Avqust 2026 | 15:43

Rusiyada PUA təhlükəsi: şəhərin bütün çimərlikləri bağlandı

Rusiyanın Krasnodar diyarında yerləşən Gelencik şəhərində avqustun 8-də pilotsuz uçuş aparatlarının hücumu təhlükəsi elan edilib.

Bakıvaxtı.az “İnterfaks”a istinadla xəbər verir ki, şəhərdə hava hücumundan müdafiə sistemlərinin fəaliyyəti fonunda sakinlər və turistlərdən çimərlikləri tərk etmələri tələb olunub.

Gelencik şəhərinin rəhbəri Aleksey Boqodistov bildirib ki, Gelencik, Kabardinka və Divnomorsk kənd dairələrində bütün çimərliklərin fəaliyyəti dayandırılıb.

Bundan əvvəl Gelencikdə səmada partlayış səslərinin eşidildiyi barədə məlumatlar yayılmışdı.

Qeyd edək ki, avqustun 3-də Gelencik yaxınlığındakı Arxipo-Osipovka qəsəbəsində çimərlik ərazisinə PUA düşməsi nəticəsində 7 nəfər, o cümlədən 3 uşaq ölüb, 40-dan çox insan yaralanıb. Hadisə ilə əlaqədar Gelencik hava limanında da müvəqqəti uçuş məhdudiyyətləri tətbiq edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Avqust 2026