2026/2027-ci il mövsümü üçün transfer çalışmalarını davam etdirən “Səbail” PFK 4 əcnəbi futbolçu ilə rəsmi müqavilə imzalayıb.
Bakıvaxtı.az xəbər verir ki, son olaraq Braziliyanın “Ferroviario” klubunda çıxış etmiş 30 yaşlı hücumçu Felipe Hulkla 1+1 illik müqavilə imzalanıb. Hulk yeni mövsümdə komandamızın heyətində 99 nömrəli forma ilə çıxış edəcək.
Növbəti transferimiz Portuqaliyanın “Braqa” klubunun yetirməsi olan Yan Saiddir. 23 yaşlı mərkəz hücumçusu “Braqa B”nin heyətində ümumilikdə 79 qarşılaşmada 15 qol vurub. Yan Said komandamızda 9 nömrəli formanı geyinəcək.
Daha bir transferimiz isə son olaraq Lüksemburqun “Dudelange” klubunda çıxış etmiş Aldo Josue Gomes Soaresdir (Dinho). 26 yaşlı hücumçu ötən mövsüm “Dudelange”nin heyətində 22 qarşılaşmada 7 qola imza atıb. O, “Səbail”də 80 nömrəli forma ilə çıxış edəcək.
Komandamızın digər yeni transferi isə ötən mövsümü “Şahdağ Qusar”da keçirmiş Peter Agblevordur. 23 yaşlı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb. Peter Agblevor yeni mövsümdə komandamızın heyətində 22 nömrəli forma ilə mübarizə aparacaq.
Bakı 



