• Bakı 27° C

    9.61 m/s

  • USD - 1.7

    EUR - 1.9591

    RUB - 2.0816

Pakistanda 15 yaraqlı zərərsizləşdirilib

DÜNYA

09 Avqust 2026 | 16:24

Pakistanda 15 yaraqlı zərərsizləşdirilib

Pakistanın təhlükəsizlik qüvvələri Bəlucistan əyalətinin müxtəlif rayonlarında keçirilən bir neçə əməliyyat zamanı 15 terrorçunu zərərsizləşdirib.

Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə "Pakistan TV" məlumat yayıb.

Məlumata görə, Mastunq, Bolan, Vaşuk, Avaran, Sibi, Xuzdar, Harnai və Nuşkidə kəşfiyyat əməliyyatları zamanı çoxlu sayda silah və sursat da ələ keçirilib.

Xeybər-Paxtunxva və Bəlucistan əyalətlərində son əməliyyatlar təhlükəsizliklə bağlı narahatlıqlar fonunda keçirilir.

Ötən ay Pakistan Silahlı Qüvvələrinin Mətbuat xidməti qoşunların Xeybər-Paxtunxva və Bəlucistanda keçirilən əməliyyatlar zamanı 24 saat ərzində 32 terrorçunu məhv etdiyini açıqlayıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR