ABŞ Prezidenti Donald Tramp İranın iqtisadi vəziyyətinin pisləşdiyini və Tehranla nəticədə razılaşmanın əldə olunacağını bildirib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, "Axios" portalına müsahibəsində deyib.
“Biz səssiz şəkildə hərəkət edirik”, – deyə Tramp İranla bağlı atılacaq növbəti addımlardan danışarkən bildirib.
ABŞ Prezidenti qeyd edib ki, Vaşinqton Tehranla yalnız qismən danışıqlar aparır və İranın yüksək inflyasiya və maliyyə çatışmazlığı ilə üzləşdiyini iddia edib.
Tramp İranın iqtisadi baxımdan “çox pis vəziyyətdə” olduğunu bildirib. Onun fikrincə, bu vəziyyətə səbəb olan amillərdən biri də ABŞ-ın İrana tətbiq etdiyi dəniz blokadasıdır.
“Bütün bunlar nəticə verəcək. Hər şey həmişə nəticə verir. Bu, şahmat oyunu kimidir”, – deyə ABŞ Prezidenti İranla razılaşmanın əldə olunması perspektivini şərh edib.
Bakı 



