• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı

DÜNYA

08 Sentyabr 2026 | 21:31 | Müəllif: Subhan Mahmudov

Rumıniyada təhlükə: F-18-lər havaya qaldırıldı

Rumıniyanın şərqində naməlum PUA-nın ölkənin hava məkanına daxil olması ehtimalı ilə əlaqədar hava həyəcanı elan edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rumıniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, hava məkanına nəzarət sistemləri Moldova istiqamətindən hərəkət edən şübhəli hava hədəfini qeydə alıb. Hadisə ilə əlaqədar NATO-nun hava məkanının mühafizəsi missiyasında iştirak edən iki F-18 qırıcı təyyarəsi havaya qaldırılıb.

Mümkün təhlükə ilə əlaqədar Rumıniyanın şərq rayonlarının sakinlərinə xəbərdarlıq göndərilib. Hadisə Yaş Beynəlxalq Hava Limanının fəaliyyətinə də təsir göstərib və uçuşlar qısa müddətə dayandırılıb.

Moldova tərəfi də ölkənin hava məkanında şübhəli PUA-nın aşkarlandığını bildirib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026