• Bakı 18° C

    5.01 m/s

  • USD - 1.7

    EUR - 1.9048

    RUB - 1.9883

Səudiyyə Ərəbistanı husilərin 2 raketini zərərsizləşdirib

DÜNYA

08 Oktyabr 2026 | 19:10 | Müəllif: Subhan Mahmudov

Səudiyyə Ərəbistanı husilərin 2 raketini zərərsizləşdirib

Səudiyyə Ərəbistanının Hava Hücumundan Müdafiə Qüvvələri "Ənsar Allah" hərəkatı (husilər) tərəfindən buraxılmış iki ballistik raketi zərərsizləşdirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Kommersant" Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın nümayəndəsi Türki əl-Malikiyə istinadən məlumat yayıb.

Səudiyyə Ərəbistanının mülki müdafiə qurumunun məlumatına görə, vurulmuş raketlərin qalıqları uşaq bağçası və tibb müəssisəsinin binalarına ziyan vurub. Mümkün zərərçəkənlər barədə məlumat yoxdur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR