• Bakı 4° C

    0.86 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Tehranda metro stansiyaları sığınacağa çevriləcək

DÜNYA

08 Sentyabr 2026 | 22:05 | Müəllif: Subhan Mahmudov

Tehranda metro stansiyaları sığınacağa çevriləcək

Tehranın Şəhər Şurasının sədri Mehdi Çəmran metro stansiyalarının sığınacaq kimi hazırlanması ilə bağlı işlərin aparıldığını bildirib.

Bakıvaxtı.az “Didban” saytına istinadla xəbər verir ki, Çəmran jurnalistlərə açıqlamasında sığınacaq kimi müəyyən edilən metro stansiyalarının xüsusi lövhələrlə işarələnəcəyini deyib.

Onun sözlərinə görə, bu stansiyalar və onların yerləşdiyi ərazilər barədə əhali məlumatlandırılacaq.

Tehranın Şəhər Şurasının sədri bildirib ki, hazırda həmin metro stansiyalarının sığınacaq kimi istifadəyə hazırlanması üçün işlər görülür. Stansiyaların daxilində və yaxınlığında lazım olan şəraitin yaradılması da nəzərdə tutulur.

Qeyd edək ki, Tehran metrosunda 7 xətt və 163 stansiya var.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026