• Bakı 28° C

    11.15 m/s

  • USD - 1.7

    EUR - 1.9638

    RUB - 2.0646

Lukaku "Fənərbağça"ya keçir

İDMAN

10 Avqust 2026 | 08:42

Lukaku Fənərbağçaya keçir

"Napoli"nin hücumçusu Romelu Lukaku "Fənərbağça"ya keçməyə razılıq verib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə insayder Matteo Moretto X sosial şəbəkəsində məlumat yayıb.

Mənbənin məlumatına görə, 33 yaşlı belçikalı futbolçu ilə Türkiyə klubu mümkün transferin şərtləri barədə tam razılığa gəlib. İndi "Fənərbağça" "Napoli" ilə danışıqlar aparır.

Türkiyə klubu hücumçu üçün artıq təxminən 6 milyon avro məbləğində ilk təklifini göndərib. "Napoli" isə Lukakunun transferindən təxminən 12 milyon avro əldə etməyi gözləyir.

Belçikalı futbolçunun Neapol klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Daha əvvəl Lukakunun komandanın mövsümöncəsi hazırlıq toplanışına qoşulmadığı və "Napoli"nin onu 10 milyon avroya buraxmağa hazır olduğu bildirilmişdi.

Lukaku ötən mövsüm "Napoli"nin heyətində 5 oyunda meydana çıxıb, 1 qol vurub və 1 sarı vərəqə alıb./"Report" 
 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Avqust 2026