• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

“Mançester Yunayted” “Sabah”la oyuna ciddi itkilərlə çıxacaq

İDMAN

08 Sentyabr 2026 | 18:10 | Müəllif: Subhan Mahmudov

“Mançester Yunayted” “Sabah”la oyuna ciddi itkilərlə çıxacaq

İngiltərənin “Mançester Yunayted” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunda “Sabah”la oyuna ciddi itkilərlə çıxacaq.

Bakıvaxtı.az Britaniya mətbuatına istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın heyətində Amad Diallo, Matteys de Lixt, Manuel Uqarte və Karlos Balebanın matçda iştirak etməyəcəyi dəqiqdir. Onlar zədədən sonra bərpa prosesi keçirlər.

Qapıçı Tom Hiton və hücumçu Markus Reşfordun isə meydana çıxıb-çıxmayacağı sual altındadır. Bu iki futbolçunun durumuna oyun günü aydınlıq gələcək.

Qeyd edək ki, sentyabrın 10-da “Old Trafford” stadionunda keçiriləcək “Mançester Yunayted” – “Sabah” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR