• Bakı 31° C

    6.81 m/s

  • USD - 1.7

    EUR - 1.9591

    RUB - 2.0816

Bakıda Rusiya-Ukrayna müharibəsi ilə bağlı görüş olub? - RƏSMİ

SİYASƏT

10 Avqust 2026 | 08:40

Bakıda Rusiya-Ukrayna müharibəsi ilə bağlı görüş olub? - RƏSMİ

Rusiya və Almaniya arasında Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı Bakıda heç bir rəsmi danışıqlar aparılmayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin "TASS"a müsahibəsində bildirib.

    Onun sözlərinə görə, Rusiya tərəfinin Almaniya ilə Ukrayna məsələsinin nizamlanması üzrə rəsmi təmasları olmayıb və hazırda da yoxdur.

    “Almaniya ilə Ukraynadakı nizamlanma məsələləri üzrə heç bir rəsmi təmas olmayıb və yoxdur. Almaniya siyasi rəhbərliyinin son dərəcə aqressiv anti-Rusiya ritorikası və praktiki addımlarını nəzərə alsaq, belə təmasların olması da çətin ki, mümkün olsun”, – deyə Qaluzin bildirib.

    Rusiya XİN rəsmisi bununla yanaşı, iki ölkənin müxtəlif ictimai strukturlarının nümayəndələri arasında qeyri-rəsmi görüşlərin keçirildiyini qeyd edib.

    “Rusiya və Almaniyanın müxtəlif ictimai strukturlarının nümayəndələri arasında qeyri-rəsmi görüşlər olub və davam edir”, – deyə diplomat vurğulayıb.

    Qeyd edək ki, "The Times" nəşri iyul ayında Bakıda Rusiya və Almaniya nümayəndələri arasında görüş keçirildiyini yazıb.

    Qəzetin yazdığına görə, görüşdə Rusiya-Ukrayna müharibəsi müzakirə olunub.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    09 Avqust 2026