• Bakı 29° C

    2.94 m/s

  • USD - 1.7

    EUR - 1.9591

    RUB - 2.0816

Bu film cəmi 4 həftəyə 1 milyard dollar gəlir gətirdi

CƏMİYYƏT

09 Avqust 2026 | 23:37

Bu film cəmi 4 həftəyə 1 milyard dollar gəlir gətirdi

Kristofer Nolanın “Odisseya” filmi dünya kinoteatrlarında böyük kassa uğuruna imza ataraq rejissorun karyerasının ən gəlirli ekran əsərinə çevrilib.

Bakıvaxtı.az Musavat.com-a istinadən xəbər verir ki, filmin dünya üzrə kassa gəlirləri 1,1 milyard dolları ötüb. Bununla “Odisseya” Nolanın “Qara cəngavər” və “Qara cəngavər: Əfsanənin yüksəlişi” filmlərini geridə qoyub.

“Odisseya” nümayişinin cəmi dördüncü həftəsonunda 1 milyard dollarlıq kassa həddini keçib.

Analitiklər filmin daha bir böyük rekorda imza ata biləcəyini bildirirlər. “Odisseya” R yaş reytinqli filmlər arasında ən yüksək kassa gəliri rekordunu qıra bilər. Hazırda bu göstərici 1,33 milyard dollar gəlir əldə etmiş “Dedpul və Volverin” filminə məxsusdur.

“Odisseya” Kristofer Nolanın karyerasında dünya üzrə gəliri 1 milyard dolları keçən üçüncü film olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Avqust 2026