Füzulidə yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.
Bakıvaxtı.az-ın xəbərinə görə, rayon ərazisində hərəkətdə olan "Hyundai" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kəmarındakı iri gövdəli ağaca çırpılıb.
Qəza nəticəsində sürücü ilə yanaşı, avtomobildə olan sərnişinlərdə xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Bakı 



