Bakıda və Abşeron yarımadasında avqustun 11-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gün ərzində bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Məlumata görə, paytaxt və Abşeron yarımadasında mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 22-25° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 40-45% olacaq.
Rayonlarda leysan, şimşək və dolu gözlənilir
Azərbaycanın rayonlarında isə şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Ayrı-ayrı yerlərdə yağıntıların leysan xarakterli və intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların güclənəcəyi bildirilir.
Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 22-26° isti, gündüz 32-36° isti olacaq. Dağlıq ərazilərdə gecə 14-19° isti, gündüz 21-26° isti təşkil edəcək.
Bakı 



