“Qərbi Kaspi” Universitetinin dövlət büdcəsinə vergi borcu yaranıb.
Bakıvaxtı.az xəbər verir ki, 1700370951 VÖEN-li “Qərbi Kaspi” Universitetinin adına olan vergi borcu 1301,93 manat təşkil edir.
Məlumata görə, universitetin vergi öhdəliyi üzrə qeyd olunan məbləğ hazırda ödənilməyib.
Qeyd edək ki, Qərbi Kaspi Universiteti 1991-ci ildə yaradılıb. Universitetin Qəyyumlar Şurasının sədri sabiq ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Seyid oğlu Bağırovdur. Reyestrdə isə universitetin qanuni təmsilçisi Rəşad Hüseynqulu oğlu Bağırovdur.
Murad İsmayıl
Bakı 



