• Bakı 28° C

    11.42 m/s

  • USD - 1.7

    EUR - 1.9638

    RUB - 2.0646

Tramp Baydeni buna görə ittiham etdi

SİYASƏT

11 Avqust 2026 | 12:42

Tramp Baydeni buna görə ittiham etdi

ABŞ-da sursat ehtiyatlarının azalmasının səbəblərindən birinin Co Bayden administrasiyasının Ukraynaya böyük həcmdə hərbi yardım göndərməsidir.

Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri ABŞ Prezidenti Donald Tramp “Real America’s Voice” kanalına müsahibəsində səsləndirib.

    “Sursatların az olmasının səbəbi Baydenin Ukraynaya 300 milyard dollar dəyərində sursat verməsidir. Onlar bunu heç vaxt qeyd etmək istəmirlər”, - o bildirib.

    Tramp hazırkı administrasiyanın da Ukraynaya silah verdiyini, lakin bunun əvvəlki siyasətdən fərqli olaraq Avropa ölkələri tərəfindən ödənildiyini deyib.

    ABŞ prezidentinin sözlərinə görə, Vaşinqton silah və hərbi texnikanı birbaşa Ukraynaya deyil, Avropa İttifaqına satır, bundan sonra isə Avropa ölkələri həmin silahları Ukraynaya ötürür.

    “Mən Ukrayna ilə iş görmürəm. Mən bunu Avropa İttifaqına verirəm. Onların pulu var və onlar tam dollarla ödəyirlər. Biz Avropa İttifaqına sursat satırıq, qırıcı təyyarələr satırıq, hər şeyi satırıq, onlar da istədiklərini edirlər. Onlar bunu Ukraynaya verirlər”, - Tramp qeyd edib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    10 Avqust 2026