• Bakı 19° C

    2.98 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Prezident FƏRMAN İMZALADI

SİYASƏT

10 Sentyabr 2026 | 11:10 | Müəllif: Əli Hüseynov

Prezident FƏRMAN İMZALADI

Prezident İlham Əliyev dövlət büdcəsinin tərkibində yaradılmış məqsədli büdcə fondlarının və büdcədən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərindən istifadəyə dair əlavə tədbirlər haqqında fərman imzalayıb.

Bakıvaxtı.az xəbər verir ki, fərmana əsasən, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti istisna olmaqla dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitlərinin işçilərin sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsindən, yalnız həmin təşkilatların "Dövlət qulluğu haqqında" qanuna uyğun olaraq inzibati və yardımçı vəzifə tutmayan işçilərinin sosial müdafiəsinin gücləndirilməsi üçün istifadə olunacaq.

Dövlət büdcəsindən maliyyələşən təşkilatların (adı çəkilənlər istisna olmaqla) büdcədənkənar vəsaitlərinin qalan hissəsi dövlət büdcəsinə köçürüləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Sentyabr 2026