• Bakı 27° C

    9.95 m/s

  • USD - 1.7

    EUR - 1.9638

    RUB - 2.0646

Builki məzunlar təhsil sənədlərini "mygov"dan ala bilərlər

CƏMİYYƏT

11 Avqust 2026 | 15:54

Builki məzunlar təhsil sənədlərini mygovdan ala bilərlər

Təhsil haqqında dövlət nümunəli sənədlər artıq mygov platformasında əlçatandır.

Bakıvaxtı.az xəbər verir ki, 2026-cı il məzunları təhsil müəssisələri tərəfindən imzalanmış elektron təhsil sənədlərini mygov (web) → “Təhsil məlumatlarım” → “Elektron təhsil sənədlərim” bölməsindən əldə edə bilərlər.

 Elektron sənədin üzərindəki QR kodu oxudaraq və ya edu.gov.az saytının “Sənəd yoxlama” bölməsində sənədin nömrəsi və doğum tarixini daxil etməklə sənədin həqiqiliyini yoxlamaq mümkündür.

Yaxın günlərdə elektron təhsil sənədləri mygov mobil tətbiqində də əlçatan olacaq.
Təhsil sənədləri artıq rəqəmsal formatda — daha rahat və əlçatan.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Avqust 2026