• Bakı 28° C

    12.6 m/s

  • USD - 1.7

    EUR - 1.9638

    RUB - 2.0646

“Kağızsız hökümət” gəlir: Arayış, növbə, kabinet-kabinet gəzmək bitir

CƏMİYYƏT

11 Avqust 2026 | 10:48

“Kağızsız hökümət” gəlir: Arayış, növbə, kabinet-kabinet gəzmək bitir

“Kağızsız hökumət”ə keçidin 2028-ci ilin iyulunda tam yekunlaşdırılması Azərbaycanın dövlət idarəçiliyi sistemində xidmət keyfiyyətini və operativliyi kökündən dəyişəcək bir mərhələdir. Bu keçid həm dövlət aparatı, həm də vətəndaş üçün konkret müsbət nəticələr vəd edir.

Xidmətlərin rəqəmsallaşması vətəndaşla məmur arasında birbaşa kontaktı aradan qaldıracaq. Hər il milyonlarla kağız, çap, daşınma və arxivləşdirmə xərclərinə qənaət olunacaq. Dövlət qurumlarının məlumat bazaları bir-birinə tam inteqrasiya olunduğu üçün vətəndaşdan artıq digər dövlət idarəsindən “arayış” gətirmək tələb olunmayacaq. Bütün xidmətlər rəqəmsal platformalar üzərindən cəmlənəcək. Vətəndaş smartfon və ya kompüter vasitəsilə 24/7 rejimində müraciət edə, dövlət rüsumlarını ödəyə və cavab sənədini elektron formatda ala biləcək. Ölkənin istənilən regionunda və ya xaricdə yaşayan vətəndaşlar eyni rahatlıqla dövlət xidmətlərindən yararlana biləcəklər. Lakin keçidin uğuru yalnız proqram təminatından deyil, həm də rəqəmsal savadlılığın artırılmasından və kibertəhlükəsizlik alətlərinin etibarlılığından asılı olacaq.

“Kağızsız hökumət” Azərbaycana nə verəcək? Vətəndaş idarələrin qapılarını döymədən işini həll edə biləcəkmi? Kibertəhlükəsizlik riskləri azalacaqmı?

Vüqar Bayramov: “Kağızsız hökumət”ə keçod nəticəsində dövlət qurumlarında sənəd dövriyyəsi rəqəmsal formata olacaq

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlma verən millət vəkili, iqtisadçı Vüqar Bayramov deyib ki, beş icra hakimiyyətləri sistemi hökumət buluduna köçürülüb:

“Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün fəaliyyət planına əsasən Azərbaycanda elektronlaşma prosesi daha da sürətlənəcək. Bu Fəaliyyət Planında rəqəmsal infrastrukturun inkişafı, elektron hökumət və rəqəmsal xidmətlərin genişləndirilməsi əsas prioritetlərdəndir”.

Onun sözlərinə görə, planın mühüm istiqamətlərindən biri də “kağızsız hökumət” modelinə keçiddir. Bu çərçivədə dövlət qurumlarında sənəd dövriyyəsinin tam elektronlaşdırılması və daxili proseslərin ən azı 80 faizinin rəqəmsallaşdırılması nəzərdə tutulur:

“Azərbaycanda “kağızsız hökumət”ə keçid 2028-ici ilin iyulunda reallaşacaq. Nəticədə dövlət qurumlarında sənəd dövriyyəsi rəqəmsal formata keçiriləcək”.

Elvin Abbasov: Dövlət qurumlarının vətəndaş yönümlü xidmətləri də süni intellekt əsaslı xidmətlər olacaq

İKT üzrə mütəxəssis Elvin Abbasov da Bakıvaxtı.az-a bildirib ki, Azərbaycanda bir neçə ildir ki, süni intellektlə bağlı dövlət qurumlarında müxtəlif təşəbbüslər var:

“Bununla yanaşı, bugünlərdə daha sürətli inkişaf üçün dövlət qurumları arasında müəyyən təşəbbəssülər göstərilməkdə və addımlar atılmaqdadır. Bu da o deməkdir ki, yaxın gələcəkdə Azərbaycanda bir çox dövlət qurumu süni intellekt əsaslı layihələr icra edəcəklər”.

Dediyinə görə, bu, dövlət qurumlarının daxili idarəetməsində süni intellekt layihələri və rəqəmsallaşma kifayət qədər inkişaf edəcək. Həmçinin, dövlət qurumlarının vətəndaş yönümlü xidmətləri də süni intellekt əsaslı xidmətlər olacaq.

“Burada böyük dataların təhlili, münasibətlərin qurulması daha optimal və sürətli olacaq. Azərbaycanda dövlət qurumları və özəl sektorun birgə əməkdaşlığı da nəzərdə tutulur”, - deyə Elvin Abbasov qeyd edib.

Aydın Baxış


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Avqust 2026