• Bakı 27° C

    6.28 m/s

  • USD - 1.7

    EUR - 1.9638

    RUB - 2.0646

Ukrayna Rusiyada neft-kimya kompleksinə zərbə endirdi

DÜNYA

10 Avqust 2026 | 20:21

Ukrayna Rusiyada neft-kimya kompleksinə zərbə endirdi

Ukraynanın pilotsuz uçuş aparatları (PUA) Rusiyanın Tümen vilayətinin Tobolsk şəhərində yerləşən "ZapSibNeftexim" neft-kimya kompleksinə zərbə endirib.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı Ukrayna Xüsusi Əməliyyat Qüvvələri yayıb.

Məlumata görə, PUA-lar hədəfə çatmaq üçün 2 000 kilometrdən çox məsafə qət edib.

Ukrayna tərəfinin məlumatına görə, zərbədən sonra kompleksin ərazisində yanğınlar və dağıntılar qeydə alınıb.

"ZapSibNeftexim" Rusiyanın ən iri neft-kimya komplekslərindən və ölkənin kimya sənayesinin strateji müəssisələrindən biri hesab olunur.

Tobolskdakı kompleks müxtəlif sənaye məhsullarının istehsalında istifadə olunan əsas xammal növlərini istehsal edir. Bu məhsulların bir hissəsinin Rusiyanın hərbi-sənaye kompleksi ilə əlaqəli istehsal sahələrində istifadə olunduğu bildirilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR