• Bakı 18° C

    0.64 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

Meğri meri rüşvət işi üzrə saxlanıldı

DÜNYA

09 Sentyabr 2026 | 19:14 | Müəllif: Subhan Mahmudov

Meğri meri rüşvət işi üzrə saxlanıldı

Ermənistanın Zəngəzur (Sünik) vilayətində hüquq-mühafizə orqanları tərəfindən irimiqyaslı əməliyyat keçirilib.

Bakıvaxtı.az “1lurer.am” saytına istinadla xəbər verir ki, ölkənin Korrupsiyaya Qarşı Mübarizə Komitəsi icma rəhbəri də daxil olmaqla 8 nəfərin saxlanıldığını təsdiqləyib.

“Rüşvətlə alma və rüşvət vermə faktları üzrə Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsində başlanan cinayət işi çərçivəsində 8 nəfər saxlanılıb. Onların arasında Meğri icmasının rəhbəri Xaçatur Andreasyan və Ətraf Mühitin Mühafizəsi – Eko-Patrul Xidmətinin Sünik vilayət bölməsinin rəisi də var. İstintaqın maraqları naminə hələlik digər təfərrüatları açıqlaya bilmirik”, – deyə komitədən verilən rəsmi açıqlamada qeyd olunub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR