• Bakı 22° C

    5.04 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

Hörmüzdə qaz tankeri vurulub

DÜNYA

09 Oktyabr 2026 | 19:00 | Müəllif: Subhan Mahmudov

Hörmüzdə qaz tankeri vurulub

İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) hərbi-dəniz qüvvələri Hörmüz boğazından keçməyə cəhd edən qaz tankerini vurub.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda IRNA xəbər agentliyi məlumat yayıb.

Bildirilir ki, bu, “MT Sunshine” adlı mayeləşdirilmiş qaz tankeridir.

Məlumatda qeyd edilir ki, tanker Hörmüz boğazının cənub hissəsində icazə verilməyən marşrutla hərəkət etməyə çalışarkən vurulub.

Qeyd edək ki, oktyabrın 9-na keçən gecə Hörmüz boğazının cənub hissəsində partlayışların baş verməsi barədə məlumatlar yayılıb. Neft tankerlərinin minalara düşdüyü ehtimal edilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

17 Oktyabr 2026