• Bakı 9° C

    2.06 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

İranda partlayış: Yenə polislər hədəf alındı

DÜNYA

09 Oktyabr 2026 | 18:40 | Müəllif: Subhan Mahmudov

İranda partlayış: Yenə polislər hədəf alındı

İranın Sistan və Bəlucistan əyalətinin Zahidan şəhərində baş verən partlayış nəticəsində bir neçə polis əməkdaşı yaralanıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyinin verdiyi məlumatda deyilir.

Bildirilib ki, yol kənarına qoyulmuş partlayıcı qurğu polis maşını ərazidən keçən zaman işə düşüb.

İlkin məlumatlara görə, bir neçə hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.

Qeyd edək ki, bundan öncə Faryab şəhərində polis zabiti güllələnmişdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR