• Bakı 27° C

    9 m/s

  • USD - 1.7

    EUR - 1.9591

    RUB - 2.0816

İsveçdə Rusiya kəşfiyyat əməliyyatının qarşısı alınıb

DÜNYA

10 Avqust 2026 | 20:05

İsveçdə Rusiya kəşfiyyat əməliyyatının qarşısı alınıb

İsveç Təhlükəsizlik Xidməti (Säpo) ölkədə qərarların qəbuluna təsir göstərməyə, eləcə də İsveç, Avropa İttifaqı və NATO-nu nüfuzdan salmağa yönəlmiş Rusiya kəşfiyyat əməliyyatını aşkar edərək qarşısını alıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Säpo"nun bəyanatında bildirilib.

Əməliyyat uzun müddət ərzində Rusiyanın Xarici Kəşfiyyat Xidməti tərəfindən planlaşdırılıb və əlaqələndirilib. Əməliyyat çərçivəsində Rusiya kəşfiyyatı sonradan ictimai rəyə təsir göstərmək üçün İsveçdə qərarların qəbulu prosesi barədə məlumat əldə etməyə çalışıb.

İsveç Təhlükəsizlik Xidmətinin məlumatına görə, əməliyyatda İsveçdəki xarici diplomatik nümayəndəliklərdən birində çalışan agent iştirak edib. Onun fəaliyyəti məxfi üsullarla həyata keçirilib və məlumat toplamaqdan ibarət olub.

"Säpo təsir cəhdlərindən xəbərdar olduqda, biz İsveçin əsas maraqlarını qorumaq və sonrakı müdaxilələrin qarşısını almaq üçün tədbirlər gördük", - xidmətin əməliyyat rəhbərinin müavini Kristoffer Vedelin deyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR