• Bakı 27° C

    6.28 m/s

  • USD - 1.7

    EUR - 1.9638

    RUB - 2.0646

Tramp administrasiyası 175 mindən çox vizanı ləğv edib

DÜNYA

10 Avqust 2026 | 20:46

Tramp administrasiyası 175 mindən çox vizanı ləğv edib

ABŞ Dövlət Departamenti Donald Trampın ikinci prezidentlik müddəti başlayandan bəri 175 mindən çox vizanı ləğv edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatında bildirilib.

Vizaların əksəriyyəti sahiblərinin hüquq pozuntularına görə ləğv edilib. Ən çox yayılmış səbəblər arasında hücumlar, sərxoş vəziyyətdə avtomobil idarə etmə, oğurluq və narkotiklərlə bağlı cinayətlər göstərilib.

Həmçinin vizalar təhlükəli avtomobil idarə etmə, cinsi zorakılıq, uşaqlara qarşı qəddar rəftar, dələduzluq, vəsaitlərin mənimsənilməsi və digər hüquq pozuntuları hallarında da ləğv edilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR