• Bakı 28° C

    12.6 m/s

  • USD - 1.7

    EUR - 1.9638

    RUB - 2.0646

Vyanada “Artsax” təbliğatı? – Ermənistan yeni platformaya çıxır

SİYASƏT

11 Avqust 2026 | 09:41

Vyanada “Artsax” təbliğatı? – Ermənistan yeni platformaya çıxır

Ermənistan qondarma “Artsax” mövzusunu beynəlxalq gündəmdə saxlamaq üçün bu dəfə mədəni platformadan istifadə etməyə hazırlaşır.

Bakıvaxtı.az erməni mediasına istinadən xəbər verir ki, noyabrın 27-30-da Vyanada keçiriləcək “International Christmas Choir Festival – Vienna Christmas Voices” festivalında “Artsax mədəniyyətinin qorunması mərkəzi” iştirak edəcək.

Festivalda “Artsax Milli Musiqi Alətləri Dövlət Orkestri” və “Biz və bizim dağlarımız” Dövlət mahnı və rəqs ansamblının çıxış edəcəyi bildirilir.

Təşkilat tədbirdə “Artsax mədəni irsi”nin təqdim olunacağını açıqlayıb. Ermənistan tərəfi səfəri “mədəni diplomatiyanın inkişafı” və beynəlxalq əməkdaşlığın genişləndirilməsi çərçivəsində təqdim edir.

Məlumata görə, sözügedən təşkilat daha əvvəl İtaliyada keçirilən beynəlxalq folklor festivalında da iştirak edib.

Beləliklə, Ermənistanın “Artsax” mövzusunu siyasi deyil, mədəniyyət və irs platformaları vasitəsilə beynəlxalq gündəmdə saxlamağa çalışdığı görünür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Avqust 2026