• Bakı 15° C

    0.49 m/s

  • USD - 1.7

    EUR - 1.9095

    RUB - 1.9963

FHN-dən Şəkidəki hadisə ilə bağlı AÇIQLAMA

SİYASƏT

09 Sentyabr 2026 | 16:57 | Müəllif: Əli Hüseynov

FHN-dən Şəkidəki hadisə ilə bağlı AÇIQLAMA

"Şəkidə istirahət mərkəzində hadisənin baş verdiyi ərazidə quraşdırılmış “zipline” iki stasionar dirək arasında bağlanılmış burazın üzərində quraşdırılmış, heç bir təhlükəsizlik cihazı və ya sığortalayıcı trosu olmayan diyircəklər üzərində öz ağırlığı, sərbəstdüşmə təcili və ətalət sürəti ilə hərəkət edən əyləncə qurğusudur".

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Şəkidə istirahət mərkəzində qurğunun trosunun qırılmsı nəticəsində 2 nəfərin ölümü ilə bağlı apa-nın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən bildirilib.

    Qeyd olunub ki, bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil: "Qeyd olunan qurğu mexanikləşdirilmiş, yəni elektrik mühərriki və ya ötürücü bucurqad vasitəsilə hərəkət etdirilən qurğu olmadığından təhlükə potensiallı obyektlərərin siyahısına daxil deyil və bu səbəbdən FHN Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin nəzarət sahəsinə aid deyil".


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR