• Bakı 20° C

    1.73 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Türkiyədə keçmiş nazirin şübhəli ölümü

SİYASƏT

09 Oktyabr 2026 | 15:06 | Müəllif: Əli Hüseynov

Türkiyədə keçmiş nazirin şübhəli ölümü

Bakırköy Baş Prokurorluğu, Türkiyənin keçmiş nəqliyyat naziri Arif Ahmet Denizolgunun şübhəli ölümü ilə bağlı istintaq davam edir. İstintaq çərçivəsində nazirə məxsus fermada çalışan Türkmənistan vətəndaşı Rufat Kadırov barəsində qırmızı bülleten hazırlanıb.

Bu barədə Bakıvaxtı.az "Haber Global"a istinadən məlumat verir.

Məlumata görə, işlə bağlı dosyedəki ifadələrdə Rufat Kadırovun nazirin cəsədini ilk görən şəxs olduğu iddia edilir.

Həmçinin Kadırovun 2023-cü ildə Türkiyəni tərk etdiyi və o vaxtdan bəri ölkəyə bir daha daxil olmadığı müəyyən edilib.

Eyni zamanda, Baş Prokurorluq Məhkəmə Tibbi Ekspertizasına da məktub yazaraq, ölüm səbəbi ilə bağlı ziddiyyətlərin aradan qaldırılmasını istəyib. Belə ki, Arif Ahmet Denizolgunla bağlı dosyedəki hesabatlardan birində ölüm səbəbi olaraq "beyin qanaması ilə əlaqəli təbii ölüm" yazılıb, başqa bir hesabatda isə sinəsindəki göyərmələrin olduğu qeyd edilib. Baş Prokurorluq qurumdan bu təzadların həll olunmasını tələb edib.

Xatırladaq ki, daha əvvəl Arif Ahmet Denizolgunun şübhəli ölümü ilə bağlı aparılan istintaq çərçivəsində onun həkimi olduğu bildirilən N.D. "yalan ifadə vermə" ittihamı ilə saxlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Oktyabr 2026